"Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik" "Kəpəz"in legoneri

"Kəpəz"in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, hücumçu ilk oyunu, qolu və Gəncə haqda fikirlərini bölüşüb.

- Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik...
- “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümüzü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.

- Qələbə də qazana bilərdiz, elə deyilmi?
- Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.

- Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz?
- Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.

- Növbəti oyun “Neftçi” ilə olacaq...
- Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.

- Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz?
- Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır.

- Gəncə necədir, xoşunuza gəlir?
- Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.

- Doğma meydanda oynamamağımız sizə necə təsir edir?
​- Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right