"Kəpəz" Rusiya klubunun sabiq üzvünü transfer edir

"Kəpəz" növbəti transferi həyata keçirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi “Amkar”ın sabiq futbolçusu Rinat Hüseynovu düşərgəyə dəvət edib.

Rusiyada son dəfə “Zvezda”da oynamış müdafiəçi ölkəmizə öncə “Şamaxı” ilə müqavilə imzalamaq üçün gəlmişdi. Amma onun bu kluba keçidi son anda baş tutmamışdı.

Sonradan isə futbolçu “Kəpəz”in düşərgəsinə yollanıb. Onun yaxın günlərdə Gəncə təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right