Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə son çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Günün digər görüşündə "Səbail" "Turan Tovuz"u qəbul edib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk oyun günündə ötən gün "Sabah" "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Turun 2 qarşılaşması isə sabah oynanılacaq.
13 avqust (şənbə)
20:30. “Səbail” – “Turan Tovuz” - 0:1
Qol: Natan Oduva, 47
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
“ASCO Arena”
18:20. “Sumqayıt” – “Qarabağ” - 0:2
Qol: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+8
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”