"Neftçi"nin ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə cavab matçının (2:0, ilk oyun - 1:2) ilk hissəsində zədələnərək əvəzlənən futbolçusu Azər Salahlı müayinədən keçib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.