Nazir millimizin üzvləri ilə görüşdü Şəkillər

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, Mərakeş yığması ilə oyundan əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar.

Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu (2:2) izləyiblər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right