Amit Quluzadə rəsmən "Sumqayıt"da

Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" klubu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.

Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" klublarının şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right