"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin kapitanı Asif Məmmədov da Ağdam təmsilçisinin uğuruna biganə qalmayıb. 36 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "Bravo "Qarabağ" paylaşımı edib.
Qeyd edək ki, "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçə etdiyi "Ferentsvaroş"u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-off-a yüksəlib.