“Qəbələ”də ukraynalı yarımmüdafiəçi

Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ”  heyətinə daha bir futbolçu qatıb. 

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.

Ukraynalı yarımmüdafiəçi Andrey Strijak 2022-2023-cü illər mövsümündə komandanın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right