Rəqib oyuna gəlmədi, millimiz texniki qələbə qazandı

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

 

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.

 

Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

 

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right