İlk rəsmi oyun, ilk qələbə, ilk qol...

Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, Masazır klubunun “Bank Respublika Arena”da "Sumqayıt"la matçı 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüş bir neçə futbolçu üçün əlamətdar olub.

Belə ki, yeni transferlər – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, komandanın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.

Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.

​Anatoli Nuriyev “Sabah” forması ilə ilk rəsmi oyununda fərqlənməyi bacardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right