Emin Mahmudov "Neftçi"də 150-ci oyununu keçirdi

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.

 

“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

 

Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah