Laurentsiu Regekampf 60-cı oldu

Misli Premyer Liqasının I turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının Premyer Liqada ilk matçı olub.

 

Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqada 3-cü rumın mütəxəssisdir. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub.

 

Qeyd edək ki, “Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah