Millimiz Səudiyyə Ərəbistanına uduzdu Yenilənib

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Bu qrupunun digər oyununda Mərakeş İrana 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 10-da İranın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right