"Şamaxı" moldovalı ilə yollarını ayırdı

"Şamaxı" klubunda ayrılıq gerçəkləşib.

 

Newsport.az saytının məlumatına görə, bölgə təmsilçisi qapıçı Stanislav Namaşko ilə yollarını ayırıb. 35 yaşlı moldovalı "əlcək sahibi"nin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Namaşko 2019-cu ilin yayından "Şamaxı"da çıxış edirdi. Təcrübəli qolkiper son mövsümdə komandanın heyətində 27 ymatçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right