“Zirə”də Müşahidə Şurası yaradıldı, sədri və üzvləri açıqlandı

“Zirə” PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Newsport.az-ın məlumatına görə, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerji” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right