Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarının son günündən sonra UEFA reytinqi açıqlanıb.
Newsport.az saytının məlumatına görə, Konfrans Liqasında “Rapid”ə 2:1 hesabı ilə qalib gələn “Neftçi” Azərbaycanın hesabına daha 0,250 xal gətirib.
Bununla da cari mövsümün qazancı 1,625-ə yüksəlib. Bunun 0,750-si “Qarabağ”ın aktivindədir. “Neftçi” 0,500, “Qəbələ” 0,250, “Zirə” 0,125 xalla kifayətlənib.
Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,250-yə çatıb. Azərbaycan Avropada 29-cu pillədə qalıb.
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.