Azərbaycan millisinin futbolçusu "Şamaxı"ya keçir

"Zirə" klubunun və Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov "Şamaxı" komandasına keçəcək.

Newsport.az-ın məlumatına görə, hazırda 19 yaşlı mərkəz müdafiəçinin keçidi ilə bağlı tərəflər arasında danışıqlar tamamlanmaq üzrədir. Hüseynovun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

Ötən gün "Zirə" Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Hüseynovun icarəyə verilməsi də bu transferdən sonra gündəmə gəlib.

"Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn "Report"a açıqlamasında "Zirə" ilə danışıqların getdiyini təsdiqləyib. O bildirib ki, hazırda gənc futbolçu Azərbaycanın U-23 yığmasının heyətində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Klub rəsmisi məsələyə İslamiadadan sonra tam aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right