"Səbail"dən ayrıldı, Belçika klubuna keçdi

"Səbail"dən ayrılan Nikolas Rayselin yeni klubu müəyyənləşib. 

Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Belçikanın 2-ci liqa təmsilçisi “Dender”də davam etdirəcək. Raysel bu barədə öz sosial şəbəkə hesablarında paylaşıb. Lakin o, imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, Raysel Azərbaycanda 2020-2021-ci illərdə "Qəbələ"də, 2021-2022-ci illərdə isə "Səbail"də oynayıb. O, bu yay paytaxt təmsilçisindən ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right