Azərbaycan Premyer Liqasının iştirakçısı “Turan Tovuz” növbəti transferini edib.
Newsport.az xəbər verir ki, Burkina Fasodan olan Ben Aziz Dao heyətə qatılıb.
23 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. O, ölkəsində “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib.
O, Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub.