Romao "Qarabağ"da debütü haqda

"Qarabağ"ın yeni transferi Julio Romao ötən gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) Bakıdakı ilk oyunda (1:1) meydana çıxaraq komandada debüt etməsi barədə fikirlərini bölüşüb. 

Newsport.az xəbər verir ki, o, sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb: 

“Tanrım, səndən aldığım hər şeyə görə minnətdaram. Debüt etdiyim üçün xoşbəxtəm. Mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” Romaonu bu yay Portuqaliyanın “Santa Klara” klubundan transfer edib.Onunla 4 illik müqavilə imzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right