İsveçrə çempionatında 3-cü turun ən yaxşı futbolçusu açıqlanıb.
Newsport.az xəbər verir ki, bu, Azərbaycan millisinin “Qrasshopper”də çıxış edən üzvü Renat Dadaşov olub. Forvard 3-cü turda "Yanq Boyz"la görüşdə (1:1) komandasının yeganə qolunu vurub.
Qeyd edək ki, Renat “Qrasshopper”lə iyulun 9-u 2+1 illik müqavilə imzalayıb.