"Qarabağ" bura qədər gəlibsə, deməli, döyüşkən komandadır"

"Yaxşı stadiondur, tarixi arenaya bənzəyir. Biz bura öz oyunumuzu göstərməyə və ən yaxşısını etməyə gəlmişik".

Newsport.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş"un futbolçusu Anderson Esiti klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Qarabağ”a qarşı keçiriləcək oyun haqda danışan nigeriyalı yarımmüdafiəçi Ağdam klubunun güclü rəqib olduğunu bildirib:

“Qarabağ” Çempionlar Liqasında bura qədər gəlibsə, demək ki, döyüşkən və yaxşı komandadır. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün iki matçımız var və ilk növbədə diqqətimizi birinci oyuna yönəltməliyik. Ağıllı oynamalı, bütün gücümüzü ortaya qoymalıyıq. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik".

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right