“Neftçi” “Başakşeher”in futbolçusunu yenidən icarəyə götürdü

Müqavilə üzrə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan futbolçu Mert Çelik yenidən “Neftçi”də çıxış edəcək.

Newsport.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi daha 1 il müddətinə icarəyə götürülüb. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right