Konfrans Liqasının 3-cü təsnifat mərhələsi keçiriləcək “Rapid” (Vyana, Avstriya) - “Neftçi” cavab oyununun hakimləri açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Norveç Futbol Federasiyasından Rohit Saggi idarə edəcək. Ona Geir İsaksen və Morten Yensen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 11-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.