"Kəpəz"ə Gəncədə oynamağa icazə verilmədi

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" Gəncədə oynaya bilməyəcək.

Newsport.az-ın məlumatına görə, yeni mövsümün hazırlıqlarını hazırda Gəncədə keçirən komanda çempionatdakı matçlarını doğma divarlar arasında keçirməyəcək.

Buna səbəb isə FHN-nin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdı. Ona görə də "Kəpəz" ilk ev matçını Bakıda "Dalğa Arena"da keçirəcək.

Komandanın növbəti ev oyunlarını Gəncədə keçirib-keçirməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right