Mahmud Qurbanov bu futbolçunu əvəzedici heyətə göndərdi

"Səbail"in futbolçusu Adil Nağıyev əvəzedici heyətə göndərilib.

Newsport.az saytına verilən məlumata görə, Mahmud Qurbanov ötən mövsüm bəzi oyunlarda kapitan sarğısı da daşımış futbolçunun performansından narazıdı.

Bayıl təmsilçisinin heyətində Gürcüstandakı təlim-məşq toplanışında da iştirak etmiş Nağıyev baş məşqçinin etimadını qazana bilməyib.

Bakıya qayıtdıqdan sonra isə Mahmud Qurbanov Adilin əvəzedici heyətdə məşq etməli olduğu göstərişini verib. Onun komandada qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right