AFFA-nın baş katibi: "Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm"

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsor olması haqda xəbər vermişdik. 

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev məsələ haqda danışıb.

O, razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib:

"Misli"nin ölkə əhəmiyyətli idman tədbirlərinə dəstəyini nəzərə alaraq, əməkdaşlıq etmək qərarına gəldik. Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”.

​“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında bu əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Misli” bu günədək ölkə üçün önəmli müxtəlif tədbirlərə, eləcə də idmanın inkişafı naminə layihələrə dəstək olub. Bu gündən etibarən isə Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq və bir çox sahələrdə olduğu kimi, futbolda da müvəffəqiyyətlər qazanacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right