Mahirin komandasının oyunu Cüneyt Çakıra tapşırıldı

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb. 

Newsport.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan)  və "Dinamo" (Zaqreb, Xorvatiya) arasında ilk görüşü idarə edəcək. Ona yan xətt hakimləri qismində Kerem Ersoy və Alpaslan Dedeş köməklik göstərəcəklər. Dördüncü hakim fünksiyasını Yaşar Kemal Uğurlu olacaq. 

Sabah "Ludoqorets Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right