Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoxlama oyunun keçirib.
Newsport.az-ın məlumatına görə, Zeynal Zeynalovun rəhbərlik etdiyi komandamız Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən oyunda 4:1 hesabı ilə qalib gəlib.
Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.