Kevin Medina iki ay "Qarabağ"a kömək edə bilməyəcək

“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçi bu gün təkrar MRT müayinəsindən keçib və məlum olub ki, Medinanın durumu daha ciddidir, o, əvvəlcədən gözlənildiyi kimi 1 ay yox, 2 ay komandaya kömək edə bilməyəcək:

"Təkrar MRT müayinəsindən sonra qasıq bağlarında yırtıq olduğu dəqiqləşib. Bu isə o deməkdir ki, cərrahi müdaxiləyə ehtiyac var. Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Bərpa prosesi 2 aya yaxın çəkəcək. Bunu böyük təəssüf hissi ilə deyirəm, amma futbolda zədələr qaçılmazdır".

​Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right