Yığmamız Belarusa qalib gəldi

Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. U-19-un qollarını 44-cü dəqiqədə Qurban Səfərov və 56-cı dəqiqədə penaltidən Nəriman Axundzadə vurub.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun millimizin 1:0 hesablı qələbəsilə nəticələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right