Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferenstvaroş" bu gün Macarıstan çempionatında yeni mövsümün ilk matçını keçirəcək.
Newsport.az-ın məlumatına görə, Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv "Akademiya Puşkaşa" klubu ilə üz-üzə gələcək.
Budapeştdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
"Qarabağ"ın "Ferentsvaroş"la ilk görüşü avqustun 3-də Bakıda 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 9-da Budapeştdə Bakı vaxtı ilə 22:00 oynanılacaq.