"Sabah" Kipr klubuna məğlub oldu

Yeni mövsümün hazırlığını Bolqarıstanda davam etdirən "Sabah" sonuncu yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Kiprin "Nea Salamina" klubu ilə qarşılaşıb. Matç Murad Musayevin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right