“Səbail”dən Gürcüstan klubu ilə heç-heçə

Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün sonuncu yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Mahmud Qurbanovun çalışdırdığı komanda yerli “Dila” ilə üz-üzə gəlib.

İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. “Səbail”in yeganə qolunu 86-cı dəqiqədə Turan Manafov vurub.

Beləliklə, “Səbail” Gürcüstan toplanışını 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right