AFFA 6 kluba "yox" dedi

"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" klubları I Divizionda iştirak üçün AFFA-ya müraciət edib.

 

Newsport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

 

Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə I Divizionda çıxışı təmin olunmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right