Gürcüstanda təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Dinamo" ilə matçda məğlub olub.
Təmsilçimiz Tbilisi klubuna 0:4 uduzub.
Bundan əvvəl "Turan Tovuz" Gürcüstanda "Merani"yə 3:1 hesabı ilə qalib gəlmişdi.