Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz"in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi ev matçlarını doğma stadionunda keçirəcək.
"Kəpəz"in ilk ev oyunu ikinci tura təsadüf edəcək. Avqustun 16-da baş tutacaq qarşılaşmada "Kəpəz" Premyer Liqanın debütantı "Zirə"ni Gəncə şəhər stadionunda qəbul edəcək.