Yeni mövsümə hazırlıqlarını paytaxtda davam etdirən "Şamaxı" növbəti yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektivin budəfəki rəqibi U-19 yığması olub.
Premyer Liqa təmsilçisi rəqibinə qalib gələ bilməyib və matç 0:0 hesabı ilə yekunlaşıb.