Bu gün "Sabah" növbəti yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, yeni mövsümə Bolqarıstanda hazırlaşan Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Akritas Xlorakas"la qarşılaşıb.
Matç Kipr klubunun 3:2 hesablı qələbəsilə yekunlaşıb. "Sabah"ın qollarını Davit Volkovla Anatoli Nuriyev vurub.
Xatırladaq ki, Masazır təmsilçisi Bolqarıstandakı ilk yoxlama görüşündə "Hapoel Hadera"ya 0:1 uduzmuşdu.