Çempionlar Liqası II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" Vilfred Nqontonu satmağa hazırlaşır.
Newsport.az xəbər verir ki, İsveçrə klubu gənc hücumçunun satışından gəlir əldə etmək və maliyyə vəziyyətini düzəltmək istəyir. Klub rəhbərliyi İtaliya millisinin forvardı üçün 10 milyon avro tələb edir.
18 yaşlı futbolçu ilə "Hoffenhaym" və "Feyenoord" yaxından maraqlanır.
Vilfred Nqonto "Sürix"ə 2020-ci ilİn yayında "İnter"dən transfer olunub. O, "Qarabağ"la Bakıda keçirilən ilk oyunda (3:2) 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qarabağ"la "Sürix" arasında cavab matçı iyulun 27-də İsveçrədə baş tutacaq.