Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Fehervar"la qarşılaşacaq "Qəbələ" hazırlıqlarını davam etdirir.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasov və Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir, Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.
"Fehervar"la Macarıstandakı matçında zədələnən İlkin Qırtımov komanda ilə məşqlərə start verib.
Dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edib.