"Səbail" Gürcüstan klubuna qalib gəldi

Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv "Qaqra" ilə qarşılaşıb.

Matç "Səbail"in 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bayıl təmsilçisinin qollarını Qoba Zakpa və Luvaqqo Kizito vurub.

Xatırladaq ki, "Səbail" Gürcüstandakı ilk yoxlama görüşündə "Dinamo"ya 0:2 uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right