“Neftçi” yeni sponsorla müqavilə imzaladı

“Neftçi” klubu ilə “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi bağlanıb.

Newsport.az-ın məlumatına görə, imzalama mərasimində “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.

“Bakcell Arena” stadionunun konfrans zalında keçirilən imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “ağ-qaralar”ın sağlamlıq sponsoru olacaq. “Neftçi”, “Neftçi-2” və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman ehtiyaclarının qarşılanmasına dəstək veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right