“Neftçi”ni azarkeşsiz təsəvvür etmək olmaz” - Kamran Quliyev

“Matçın final fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev Konfrans Liqasında Kiprdə “Aris”lə oyun (0:2) barədə danışarkən deyib. O, komandasına, baş məşqçiyə və futbolçulara inandığını bildirib:

“0:2 hesabı faciə deyil. Bacardığımızı göstərə bilmədik. İnanıram ki, sonuncu oyunda qalib gələcəyik”.

Quliyev azarkeşlərə də müraciət edib:

“Fürsətdən istifadə edib azarkeşlərə müraciət edirəm. Gəlsinlər, komandamızı dəstəkləsinlər. “Neftçi”ni azarkeşsiz təsəvvür etmək olmaz”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right