“Türk Hava Yolları (THY) Məşq Mərkəzində işlər davam edir. Ən çox diqqət uşaq akademiyasına ayrılıb”.
Newsport.az-ın məlumatına görə, bunu “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov deyib.
O, işlərin sürətlə getdiyini bildirib:
“Diqqətimiz oradadır. Bunu tezliklə bitirməyi planlaşdırırıq”.