Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.
Newsport.az-ın məlumatına görə, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı 1-ci kateqoriyadan cəmi 36 hakim iştirak edəcək. Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.
Yay kursları iyulun 29-dək davam edəcək.