"Sabah"ın rəqibi bəlli oldu

Yeni mövsümə hazırlığını Bolqarıstanın Bansko şəhərində davam etdirən "Sabah"ın növbəti yoxlama görüşündəki rəqibi məlum olub.

Newsport.az-ın məlumatına görə, Masazır təmsilçisi Kiprin "Akritas Xlorakas" klubu ilə qarşılaşacaq.

Matç iyulun 26-ı Bakı vaxtı ilə saat 19:30-da Bansko şəhərində keçiriləcək.

Murad Musayevin rəhbərlik etdiyi kollektiv ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna 0:1 uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right