"Minsk"in yarımmüdafiəçisi Anton Şramçenko Belarus millisinin və komandanın sabiq forvardı Yeqor Boqomolskinin "Neftçi"yə keçidinə münasibət bildirib.
Newsport.az "Прессболл" portalına istinadən xəbər verir ki, belaruslu futbolçu bu yaxınlarda Bakı klubu ilə iki illik müqavilə imzalayıb və "Neftçi"nin heyətində avrokuboklarda debüt etməyi bacaran Boqomolski haqda fikirlərini söyləyib: "Əmək haqqı ilə bağlı problemlər həllini tapmayıb. Sirr deyil ki, digər klublar da vaxtlı-vaxtında maaşla bağlı oxşar çətinliklər yaşayır. Futbolçunun ailəsini dolandırması üçün başqa gəlir yeri yoxdursa, o zaman başqa iş axtaracaq.
Yaxud da Yeqorda olduğu kimi, çox sərfəli təklifə cavab verərək xaricə yollanıb. Amma bu, karyerada tez-tez baş verimir. Ona görə də Azərbaycana getdi. Afərin ona!
Hər halda "Neftçi" Konfrans Liqasında çıxış edir. Boqomolski gənc futbolçudur, özünü Avropa arenasında sübut etməyə çalışmalıdı. Düşünürəm ki, onda hər şey yaxşı alınacaq".