Çexiya klubundan ayrılan yarımmüdafiəçi "Kəpəz"də Rəsmi

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz" növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi Fərid Nəbiyevi heyətində cəlb edib. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü olan Fərid Nəbiyev 2020-2022-ci illərdə Çexiyanın "Viktoriya" (Jijkov) klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right