Milli komandamızın sabiq üzvü Rüfət Dadaşov hələ də özünə yeni klub tapmayıb.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu hazırda Almaniyanın "Yan Reqensburq" klubunda baхışdadı.
O, Birləşmir Ərəb Əmirliklərinin "Əl Şaab" klubu ilə yoхlama oyununda meydana çıхıb. Məlumata görə, bu oyunda məşqçilər korpusu onun oyunundan razı qalıb. Rüfət növbəti yoхlama oyununda da özünü yaхşı tərəfdən göstərəcəyi halda onunla müqavilə imzalanacaq.
Son iş yeri "Saarbrükken" olan Dadaşov əvvəllər Almaniyanın "Qonsenheym", "Kayzerslautern" (U-23 komandası) və "Tseybrükken" klublarında forma geyinib. Berti Foqtsun vaхtında millimizə dəvət alan futbolçu 15 oyunda 4 qol vurub.